...

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu

Dünya xəbərləri Materials 26 Aprel 2024 20:51 (UTC +04:00)
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il noyabrın 13-də PKK-nın təlimatı ilə İstanbulun İstiqlal prospektində terror aktı törədən Əhlam Əlbəşir hakim qarşısına çıxarılıb.

Trend xəbər verir ki, hadisə yerinə partlayıcı maddə yerləşdirən terrorçu qadın məhkəmə tərəfindən təqsirli bilinərək 1794 il həbs cəzasına məhkum olunub.

Həmin terror aktı ilə əlaqəli fərqli cinayətlərdə təqsirli bilinən Fatma Berkel və Ferhat Habeş isə 1035 il həbs cəzasına məhkum ediliblər. Məhkəməyə ümumilikdə 36 şübhəli cəlb olunub.

Xatırladaq ki, ötən il noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində törədilən terror aktı nəticəsində 6 nəfər həlak olmuş, 99 nəfər yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti