...

Hindistanda atışma: 2 polis həlak olub

Dünya xəbərləri Materials 27 Aprel 2024 12:43 (UTC +04:00)
Hindistanda atışma: 2 polis həlak olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) ən azı iki üzvü silahlıların hücumu nəticəsində ölüb, iki polis isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu ehtimal edilən bir qrup silahlı təhlükəsizlik məntəqəsinə təpədən atəş açıb və qumbara atıb.

Nəticədə hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb, onlardan ikisi həlak olub, daha ikisinin isə vəziyyəti ağırdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti