...

Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır

Yaşıl iqtisadiyyat Materials 26 Aprel 2024 16:45 (UTC +04:00)
Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BDTL) 15-20 il ərzində tullantıları sıfıra endirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə limanın icraçı direktoru Yucin Si "Euronews"a deyib.

"Biz bu yaxında karbon izinin ölçülməsini başa çatdırmışıq. Bu, karbon dioksid tullantılarının təqribən 60 faizinin gəmilərin payına düşdüyünə dair şübhələrimizi təsdiqlədi. Həmçinin, liman ərazisindəki nəqliyyat vasitələri və avadanlığın tullantıları var. Bu tədqiqatlar tullantıların azaldılması üzrə strateji planı konkretləşdirməyə kömək edəcək. Ola bilsin ki, təqribən 15-20 il sonra "Net Zero", yəni sıfır tullantı səviyyəsinə çataq", - Yucin Si deyib.

Onun sözlərinə görə, BDTL regionda "yaşıl" prosedurların və karbon emissiyasının azaldılması üçün iş proseslərinin tətbiqi ilə bağlı digər limanlar üçün nümunə olmaq istəyir.

BDTL ətraf mühitin mühafizəsi üzrə addımlar qismində çirkab sularının təmizlənməsi üzrə tədbirlər həyata keçirir.

"Çirkab sularının təmizlənməsi sistemimiz fırlanan bioloji kontaktor (RBC) texnologiyasından istifadə edən beş moduldan ibarətdir. Hər bir modul sutkada 500 kubmetr çirkab suyunu təmizləməyə qadirdir", - Yucin Si deyib.

Qeyd edək ki, BDTL Xəzər dənizində BMT-nin profil strukturlarından müvafiq sənədlər əldə etmiş yeganə "yaşıl liman"dır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti