...

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Cəmiyyət Materials 6 May 2024 11:49 (UTC +04:00)
Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti