...

Altı evi soyan keçmiş məhkum həbs edildi

Cəmiyyət Materials 18 May 2024 12:23 (UTC +04:00)
Altı evi soyan keçmiş məhkum həbs edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şirvanda oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində evlərdən və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimov saxlanılıb.

Araşdırmalar zamanı onun ümumilikdə 6 ev və obyektdən oğurluqlar edərək zərərçəkmişlərə 5000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti