...

Nazir İsrail Nazirlər Kabinetini Qəzzanın gələcəyi ilə bağlı plan qəbul etməyə çağırıb

Dünya xəbərləri Materials 19 May 2024 04:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbi kabinetinin üzvü, nazir Benni Qantz həmkarlarını iyunun 8-dək Qəzza zolağında hədəflərə çatmaq üçün fəaliyyət planını təsdiqləməyə çağırıb, əks halda hökuməti tərk etməklə hədələyib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

Məlumata əsasən, B.Qantz koalisiyanın qəbul etməli olduğu altı strateji hədəfi təqdim edib, əks halda onun partiyası hökuməti tərk edəcək.

B.Qantzın sözlərinə görə, hədəflərə Qəzzada saxlanılan girovların qaytarılması, HƏMAS hakimiyyətinin devrilməsi, Qəzza zolağının demilitarizasiyası, Qəzzanın təhlükəsizliyinə nəzarət, Qəzzanın idarə olunması üçün beynəlxalq mülki mexanizmin yaradılması, Amerika, Avropa, Ərəb və Fələstin nümayəndələrinin, habelə anklavın şimalının sakinlərinin sentyabrın 1-dək öz evlərinə qayıtması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti