...

Bu il ali məktəblərə qəbul balı artacaq? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 18 May 2024 10:34 (UTC +04:00)
Bu il ali məktəblərə qəbul balı artacaq? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Eləcə də, ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - o əlavə edib.

Qeyd edək ki, 3, 10, 17 mart, 7, 14 və 21 aprel 2024-cü il tarixlərində buraxılış imtahanları keçirilib. 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti