...

"NTD-İNDİQO" basketbol komandası bürünc medalçı olub

İdman Materials 18 May 2024 23:35 (UTC +04:00)
"NTD-İNDİQO" basketbol komandası bürünc medalçı olub

Bakı. Trend6

Bu gün Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda seriyanın 2-ci oyunu keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Xırdalan" və "NTD-İNDİQO" növbəti dəfə üz-üzə gəlib.

İlk görüşdə inamlı qələbə qazanan Xaçmaz basketbolçuları növbəti zəfər sayəsində mövsümü 3-cü yerdə bitiriblər. "NTD-İNDİQO" “Xırdalan”ı 92:83 hesabı ilə məğlub edərək, bürünc medala yiyələniblər.

Qeyd edək ki, finalda "Sabah" və "Xəzri" üz-üzə gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti