Bakı. Trend:
Əfqanıstanın mərkəzi Bamyan əyalətində cümə günü atışma nəticəsində ölənlərin sayı üçü ispan və üçü əfqan olmaqla, altıya çatıb.
Trend-in məlumatına görə, bu barədə "Sinxua " agentliyi xəbər verib.
Məlumata əsasən, bu barədə yerli polis rəsmisi bildirib.
Əyalət polisinin sözçüsü Məhəmməd Xavani Rasa deyib ki, yaralananlar arasında İspaniya, Norveç, Avstraliya və Litvadan olmaqla 4 əcnəbinin, eləcə də bir əfqanın müalicələri davam edir.
Daxili İşlər Nazirliyinin əməkdaşı Müfti Əbdül Mətin Qani cümə günü sosial mediada hücumla bağlı dörd şübhəlinin həbs edildiyini bildirib.