...

Türkiyədə evdə partlayış olub, 7 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 May 2024 06:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Tokat vilayətində bağ evində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə Erba rayonunda qeydə alınıb.

Məlumata əsasən, evdə yaşayışan şəxslərin yüksək səslər çıxararaq qonşulara narahat verməsi ilə bağlı məlumat daxil olub. Şikayət əsasında jandarma qrupu həmin evə gəlib.

Jandarma qrupu sözügedən ünvana çatandan sonra naməlum səbəbdən partlayış baş verib. Hadisə zamanı 5-i jandarma əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti