...

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 18 May 2024 13:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın qərbindəki Qor vilayətində daşqınlar nəticəsində son sutka ərzində azı 50 nəfər ölüb, on nəfər itkin düşüb.

Trend Sinxua agentliyinə istinadən xəbər verir ki, əyalət polisinin mətbuat katibi Əbdülrəhman Badres daşqınların bir neçə rayonu əhatə etdiyini, 2 min evin və 2500 mağazanın dağıldığını bildirib.

Leysan yağış və daşqınlar qonşu Herat və Fərəh əyalətlərinin də yolunu bağlayıb.

Xatırladaq ki, Əfqanıstanda son bir ayda baş verən şiddətli daşqınlar çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.

Xəbər lenti

Xəbər lenti