Bakı. Trend:
Birgə hərbi təlimlərdə iştirak etmək üçün ABŞ-nin texnikası və şəxsi heyəti Moldovanın paytaxtı Kişinyova gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Moldovadakı Səfirliyi bildirib.
"Şimali Karolina Milli Hava Qvardiyasının "Boeing C-17" təyyarəsi bu səhər "Peace Shield" adlı təliminə dəstək olaraq Kişinyov hava limanına gəlib. Şimali Karolina Qvardiyasının və ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin 35 hərbi qulluqçusu Moldova Respublikasının nazirlikləri ilə əməkdaşlıq edərək fövqəladə hallar zamanı Moldova vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri cavab taktikalarını tətbiq edəcək", - deyə qeyd olunub.
Məlumata görə, təyyarə Amerika yardımı çərçivəsində Moldova Müdafiə Nazirliyinə veriləcək tibbi ləvazimatları çatdırıb.