Bakı. Trend:
Əfqanıstanda atışma nəticəsində azı 3 İspaniya vətəndaşı ölüb, bir nəfər xəsarət alıb.
Trend-in xəbərinə görə, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyindəki mənbələr "TASS" agentliyinə məlumat verib.
Radikal Taliban hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətindəki Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül Mətin Qani daha əvvəl qeyd edib ki, mərkəzi Bamiyan əyalətində dörd nəfərin ölümü ilə nəticələnən silahlı hücumun təşkilində şübhəli bilinən dörd nəfər saxlanılıb, bunlardan üçü əcnəbidir.
Qani hücum nəticəsində 4-ü əcnəbi olmaqla 7 nəfərin yaralandığını bildirib.