...

Şəhərin ən sıx hissəsində darboğazın aradan qaldırılması tıxaca necə təsir edəcək?

Cəmiyyət Materials 18 May 2024 11:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

Görüləcək tədbirlər həmin istiqamətdə tıxaclara necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məslələri üzrə ekspert Aslan Əsədov bildirib ki, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişdiyi yerlərdə darboğazların aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.

"Bu cür kəsişmələr trafik sıxışmalarına səbəb ola bilər və həm də nəqliyyat effektivliyini azaldaraq, ictimai təhlükələrə səbəb ola bilər. Çünki işıqforla nizamlanan yollarda, ümumiyyətlə, tıxacların aradan qaldırılması üçün atılmış addımlar tam yerinə yetirilə bilmir.

Belə ki, hərəkət üstünlükləri bərabər paylandığı üçün orada müəyyən istiqamət üzrə müəyyən ləngimələrə, qısamüddətli sıxlığa rast gəlmək olur. Lakin layihə uğurla başa çatarsa, həmin istiqamətdə tıxacın aradan qalxmasını müşahidə edə biləcəyik.

Belə dəyişikliklər, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol hərəkətinin yenidən təşkil edilməsini özündə əks etdirir. Darboğazların aradan qaldırılması, nəqliyyatın daha səmərəli və sürətli hərəkət etməsinə kömək edir. Bu, sürücülərə vaxt və yanacağa qənaət etməyə imkan verir və sıxlığın azalması ilə qəza ehtimallarını azaldır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti