Bakı. Trend:
İsrail hökuməti və HƏMAS arasında atəşkəs danışıqları dayandırılıb.
Trend xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, münaqişə tərəfləri girovların azad edilməsinin şərtləri ilə bağlı razılığa gələ bilmədiyindən danışıqlar dayandırılıb.
Qeyd olunub ki, tərəflər arasında xüsusən "müharibənin sonu" termini ilə bağlı, eləcə də, HƏMAS-ın azad olunmasını tələb edə biləcəyi şəxslərin adlarına İsrailin veto qoymaq tələbi ilə bağlı fikir ayrılıqları çox böyükdür.
Qeyd edək ki, ötən ilin noyabr ayının sonunda da Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında humanitar atəşkəs barədə razılıq əldə olundu. Bir həftə davam edən atəşkəs müddətində İsrail 110 girovu azad etməyə nail oldu. Dekabrın 1-də atəşkəs rejimi yenidən pozuldu və döyüş əməliyyatları bugünədək davam edir.