...

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

Dünya xəbərləri Materials 18 May 2024 11:33 (UTC +04:00)
NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO strateqləri demək olar ki, bütün Ukraynanın Rusiyanın nəzarətinə keçməsini istəyir.

Trend xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, NATO hökuməti məhz bu səbəbdən Ukraynanı getdikcə daha çox uzaqməsafəli silahlarla təmin edir.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bu yaxınlarda NATO-nun Rusiyaya qarşı heç bir mənfi niyyətinin olmadığını açıqlayıb.

"Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır. Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq", - Blinken deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti