İsrail ordusu Rafahın şərqində silahlıları zərərsizləşdirib

Dünya xəbərləri Xəbər 19 May 2024 00:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun (ÇAXAL) zirehli-tank diviziyasının əsgərləri Rəfah şəhərinin şərqində gedən döyüşlər zamanı 130 fələstinli silahlını məhv edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusu "Telegram" kanalında bildirib.

Məlumata əsasən, onlarla yeraltı tunellər aşkar edilib. "Ikvot Ha-Barzel" briqadası silahlıların yüzlərlə infrastrukturunu, o cümlədən silah sexləri və raket buraxılış məntəqələrini məhv edib.

Bundan əlavə, İsrail "Qivat" Briqadası xeyli sayda zenit silahı da daxil olmaqla geniş tunellər şəbəkəsi, həmçinin silah və sursat aşkar edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti