Bakı. Trend:
Yeni Kaledoniyada iğtişaşlarda daha bir nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət adanın şimal hissəsindəki şəhərlərdən birində atışmada həlak olan kişidən gedir.
Qeyd olunub ki, bununla iğtişaşlar başlayandan sonra ölənlərin sayı 6 nəfərə çatıb.
Bundan başqa, iki nəfərin yaralandığı bildirilib. Yaralanan şəxslər yerli xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.
Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.
Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.