...

Akkuyu AES-də ilk enerji bloku 2025-ci ilin aprelində işə başlayacaq

Dünya xəbərləri Materials 18 May 2024 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Mersin şəhirində aparılan "Akkuyu" AES-in tikintisi 2025-ci ilin aprelində istifadəyə verilməsi gözlənilən birinci enerji blokunda istismara verilmə mərhələsinə qədəm qoyub.

Trend-in məlumatına görə, "Akkuyu Nuklear" ASC-nin tikinti və istehsal təşkilatının direktoru Denis Sezemin bildirib.

Onun sözlərinə görə, hazırda birinci enerji blokunun sistemlərinin işə salınması və istismara verilməsi işləri aparılır:

"Hökumətlərarası sazişə əsasən, bizim [kommersiya elektrik enerjisi istehsalına başlamazdan əvvəl] 7 il vaxtımız var. İlk enerji blokunun tikintisi üçün lisenziyanı 2018-ci ilin aprelində almışıq, ona görə də birinci enerji blokunun istismara verilməsi 2025-ci ilin aprelində baş tutacağı ehtimal edilir. Birinci blokda əsas tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatdırılıb, bütün avadanlıq və sistemlərin işə salınması davam etdirilir", - deyə D.Sezemin qeyd edob.

Onun sözlərinə görə, “işlər tam olaraq əvvəllər təsdiq edilmiş qrafikə uyğun aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti