Bakı. Trend:
Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində və Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hər iki qəza səbəbindən metronun “20 Yanvar” stansiyası və mərkəz istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.