...

Aydın Süleymanlı BƏƏ-də keçirilən şahmat turnirində qələbə qazanıb

İdman Materials 19 May 2024 00:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ-də "Şarjah Masters" şahmat turnirində 5-ci tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Aydın Süleymanlı turu qələbə ilə başa vurub.

O, monteneqrolu rəqibi Denis Kadriçdən güclü olub. Teymur Rəcəbov yarışda keçirdiyi 5-ci görüşü də heç-heçə ilə başa vurub. Eltac Səfərli də yarımxal qazanıb. Məhəmməd Muradlı isə turu məğlubiyyətlə başa vurub.

5 turdan sonra hesabında 3 xal olan Məhəmməd 16-cı, Aydın 22-ci, 2,5 xal toplayan Eltac 40-cı, Teymur isə 50-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti