...

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Dünya xəbərləri Materials 18 May 2024 17:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şərqindəki Pəncab əyalətində mikroavtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Avtobus sürücüsünün sürət həddini aşması səbəbindən idarəetməni itirdiyi bildirilir.

Hadisə yerinə gələn xilasetmə qrupları və könüllülər yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti