...

Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir (VİDEO)

Hadisə Materials 18 May 2024 14:25 (UTC +04:00)
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə FHN-ən məlumat verilib.

Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti