...

İsmayıllıda yeni istehsal müəssisəsinin təməlinin qoyulması inkişafa töhfə verəcək - Nazir

İqtisadiyyat Materials 18 May 2024 14:44 (UTC +04:00)
İsmayıllıda yeni istehsal müəssisəsinin təməlinin qoyulması inkişafa töhfə verəcək - Nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azerbaijan Coca-Cola Bottlers” brendi artıq uzun müddətdir ki, ölkəmizdə istehsalçı kimi fəaliyyət göstərir. Bu gün ikinci müəssisənin İsmayıllıda təməlinin qoyulması bu bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Trend xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azerbaijan Coca-Cola Bottlers”in İsmayıllıda yeni istehsal müəssisəsinin təməlqoyma mərasimində deyib.

Nazir bildirib ki, bu müəssisənin yaradılması yüz yeni iş yeri ilə məhdudlaşmır, burada həm də ekosistem formalaşdırılır, sərmayə iqtisadi fəallığı canlandırır.

“2021-ci ildə imzalanmış anlaşma memorandumuna əsasən bu gün şirkətin investisiyasını alqışlayırıq. Bu, Azərbaycanın investisiya mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan kapitalına malik olmasını bir daha təsdiqləyir”, - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti