...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 18 May 2024 23:02 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları 60 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti