...

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

Dünya xəbərləri Materials 18 May 2024 10:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müqəddəs Taxt-Tac Məryəmin heykəlləri, onun zühuru və qan damcıları olan xaçlar kimi paranormal hadisələrə ehtiyatla yanaşmağı tövsiyə edən yeni təlimat yayıb.

Trend xəbər verir ki, Vatikanın Doktrina Bürosunun yaydığı sənəddə bu kimi hallardan fırıldaqçılıq, maddi mənfəət əldə etmə və şəxsi kult yaratmaq üçün istifadə edildiyi bildirilib. İnsanların çox diqqətli olmasının vacibliyi vurğulanıb.

Gələcəkdə saxta faktlara sitayişin qadağan edilməsi və məhdudlaşdırılması üçün addımları nəzərdə tutan qərarların qəbul olunacağı bildirilib.

Xatırladaq ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk daha əvvəl də bu cür hadisələrə şübhə ilə yanaşdığını, Məryəmin zühurunun real olmadığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti