...

Hindistanda avtobus yandı - Ölənlər var

Dünya xəbərləri Materials 18 May 2024 18:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şimalındakı Haryana ştatında şənbə günü avtobusun alovlanması nəticəsində 9 nəfər həlak olub, 15 nəfər isə yanıq xəsarətləri alıb.

Trend “Hindistan Times” saytına istinadən xəbər verir ki, qonşu Pəncab əyalətindən olan hindu dindarlarını, o cümlədən qadın və uşaqları daşıyan nəqliyyat vasitəsi Kundli-Manesar-Palval ekspress yolunda yanıb.

Rəsmilərin məlumatına görə, içərisində təxminən 60 nəfər olan avtobus hərəkətdə olarkən alışıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətləri stabildir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti