...

Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir - Peter Siyarto

Siyasət Materials 18 May 2024 13:40 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir - Peter Siyarto
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini bəyan edib.

Trend xəbər verir ki, macarıstanlı nazir bu bəyanatı “Apha News”a müsahibəsində verib.

“AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız.

Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?”, -Peter Siyarto deyib.

Xəbər lenti

Xəbər lenti