...

Gürcüstan prezidenti "xarici agentlər" haqqında qanuna veto qoyub

Dünya xəbərləri Materials 18 May 2024 18:38 (UTC +04:00)
Gürcüstan prezidenti "xarici agentlər" haqqında qanuna veto qoyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi "xarici agentlər" haqqında qanun layihəsinə veto qoyub.

Trend-in məlumatına görə, bu barədə S.Zurabişvili brifinq zamanı deyib.

Gürcüstan prezidentinin sözlərinə görə, sənəd ölkə konstitusiyasına və bütün Avropa standartlarına ziddir.

“Bu qanun ləğv edilməlidir”, - deyə S.Zurabişvili vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanunun qəbul edilməsindən əvvəl də S.Zurabişvili ona veto qoyacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti