...

Türkiyə Superliqası: "Qalatasaray" qələbə qazanıb

İdman Materials 6 May 2024 02:31 (UTC +04:00)
Türkiyə Superliqası: "Qalatasaray" qələbə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, çempionluq şansı daha çox olan "Qalatasaray" doğma meydanda 'Sivasspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "Kasımpaşa"nı 4:1 hesabı ilə məğlub edib. "Qaziantep" - "Hatayspor" görüşü isə heç-heçə bitib - 1:1.

Bu nəticədən sonra xallarını 96-ya çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Sivasspor" isə 48 xalla doqquzuncu pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti