...

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılması iqtisadiyyata nə verəcək? - ŞƏRH

İqtisadiyyat Materials 6 May 2024 15:00 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılması iqtisadiyyata nə verəcək? - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi,“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun imzalanıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib.

Bu saziş iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirir. Vergi təşviqi və vergidən yayınmanın qarşısının alınması, şirkətlərə daha çox investisiya etmək və iştirak etmək imkanı yaradır. Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilər sahəsindəki bu sazişin, iqtisadi əməkdaşlığı gücləndirəcəyini və iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyini gözləmək mümkündür.

Məsələni Trend-ə şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyə ölkəmizin belə saziş bağladığı 56-cı ölkə oldu.

"Sazişə əsasən qeyri-rezidentlər bir ölkənin ərazisində fəaliyyət göstərib gəlir əldə edərkən həmin ölkənin qanunvericiliyində nəzərdə tutulmuşa qədər vergi verir. Daha sonra öz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisi verir. Bu saziş imzalandıqda isə həmin qeyri-rezident öz ölkəsinə döndüyü zaman ölkəsində bu vergidən azad olur. Yəni, qeyri-rezident bir dəfə vergi verir. Bu isə birmənalı olaraq hər bir ölkə üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münbit şərait yaradan əsas faktorlardan biridir. Əsas da xarici sahibkarların (qeyri-rezidentlərin) ölkədə fəaliyyətini stimullaşdırır. Bu qanun türk iş adamlarının qeyri-rezident olaraq fəaliyyətini stimullaşdıracaq. Eyni zamanda Azərbaycan sahibkarların da fəaliyyəti stimullaşdırılacaq. Bu hər iki ölkə üçün ticarət dövriyyəsinin artımına, investisiya mühitinin yaxşılaşmasına, məşğulluğun artırılmasına öz töhfəsini verəcək", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti