...

ABŞ səfiri Şuşaya getdi (FOTO)

Siyasət Materials 6 May 2024 12:54 (UTC +04:00)
ABŞ səfiri Şuşaya getdi (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ səfiri Mark Libby Şuşaya gedib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu gün səfir Libby xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - səfirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti