...

Argentinanı dünya çempionu edən məşqçi ölüb

İdman Materials 6 May 2024 00:54 (UTC +04:00)
Argentinanı dünya çempionu edən məşqçi ölüb

Bakı. Trend:

Argentina yığmasını dünya çempionu edən baş məşqçi Sesar Luis Menotti dünyasını dəyişib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Menotti 1978-ci ildə ölkə yığmasına tarixində ilk dünya çempionu titulunu qazandırıb. Sesar Luis karyerası ərzində “Barselona”, “Nyuells Old Boyz”, “Urakan”, “Penyarol”, “Boka Xuniors”, “River Pleyt”, “İndenpenyente”, “Sampdoriya”, “Rosario Sentral” klublarına və Meksika yığmasında da başçılıq edib.

Qeyd edək ki, Menotti 86 yaşında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti