...

Azərbaycan millisi Avropa çempionatında 3 qızıl və 2 gümüş medal qazanıb

İdman Materials 6 May 2024 10:22 (UTC +04:00)
Azərbaycan millisi Avropa çempionatında 3 qızıl və 2 gümüş medal qazanıb

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vurub.

Böyük məşqçi Barətdin Səlimovun rəhbərlik etdiyi komandada gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Finalda uduzan Elçin Muradov (52 kq) gümüş medala sahib çıxıb.

Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə qitə birinciliyini gümüş medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti