...

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 6 May 2024 20:55 (UTC +04:00)
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları İraqın Hakurk, Metina və Gara bölgələrində aşkarlayaraq zərərsizləşdirib. Onların arasında PKK-nın qondarma liderləri də var.

Bu istiqamətdə daha bir əməliyyat Suriyanın şimalında icra olunub. Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgəsində aşkarlanan yeddi terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti