Astana. Trend:
Qazaxıstan-Qırğızıstan sərhəddində 4.6 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Milli Məlumat Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Keqen kəndindən 20 kilometr cənub-şərqdə yerləşib.
Hazırda xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)