...

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Dünya xəbərləri Materials 6 May 2024 21:09 (UTC +04:00)
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.

Trend xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləmişdi”, - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti