...

İstanbulda ən yaxşısına ümid edirik - Aleksandr Tarakanov

İdman Materials 6 May 2024 14:23 (UTC +04:00)
İstanbulda ən yaxşısına ümid edirik - Aleksandr Tarakanov

Bakı. Trend:

Güləşçilərim çox yaxşı formadadırlar.

Trend xəbər verir ki, bunu İdman.biz-ə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

Təcrübəli mütəxəssis mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyədə komandadan çoxu lisenziya qazanacaq: “Ən yaxşısına ümid edirik. Ona görə hər biri çox yaxşı hazırlaşıb və vəsiqə almaq əzmindədirlər. Həm texniki, həm də fiziki olaraq yaxşı təlim-məşq toplanışları keçmişik. Ən yüksək nəticəyə köklənmişik”.

Tarakanov bildirib ki, son lisenziya yarışı olduğu üçün gərgin mübarizə gedəcək: “Güləşçilərimiz zəif deyillər. Onlar qələbəyə və lisenziyaları almağa hazırlaşırlar. Gördüyümüz işə görə ən yaxşı nəticəni gözləyirik. Necə deyərlər, biz ümid edirik, Allah qərar verir. Heyətdə müəyyən dəyişikliklər etmişik. Sınaq görüşləri keçirmişik. Bu qarşılaşmalara əsasən də komanda təşkil etmişik. Onların hər biri yaxşı formadadırlar”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz aktivində 2 lisenziya olduğundan İstanbulda 4 güləşçi ilə təmsil olunacaq. Paris-2024-ə vəsiqələr uğrunda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti