...

Azərbaycan gimnastika yarışlarını çox yaxşı təşkil edir - Bolqarıstanlı idmançı

İdman Materials 5 May 2024 23:17 (UTC +04:00)
Azərbaycan gimnastika yarışlarını çox yaxşı təşkil edir - Bolqarıstanlı idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastika yarışlarını çox gözəl təşkil edir.

Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun medalçısı Bolqarıstan idmançısı Boryana Kaleyn deyib. Yarışda Boryana Kaleyn top və lentlə hərəkətlərdə iki qızıl, o cümlədən halqa proqramında gümüş medal qazanıb.

"Bakıda keçirilən Avropa kubokunda medal qazandığım üçün şadam. İştirak etmək və "cross battle" formatında keçirilən yarışların gedişatını izləmək maraqlı idi. Düşünürəm ki, bu, təkcə bizim gimnastlar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı oldu. Şadam ki, yarışlar Bakıda keçirilib. Mən bu şəhəri sevirəm, burada keçən il Avropa çempionu oldum", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədən nümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi proqram) üzrə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti