...

AİB-in Azərbaycan üçün yeni strategiyası dekarbonizasiyaya yardıma yönələcək - Yevgeni Jukov

İqtisadiyyat Materials 6 May 2024 08:00 (UTC +04:00)
AİB-in Azərbaycan üçün yeni strategiyası dekarbonizasiyaya yardıma yönələcək - Yevgeni Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanla bağlı yeni strategiyası dekarbonizasiyaya yardım edilməsinə yönələcək.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illik toplantısı çərçivəsində bildirib.

"Biz ölkə ilə yeni tərəfdaşlıq strategiyası hazırlayırıq. Amma deməliyəm ki, bu strategiyanın əsas gündəliyi iqlim dəyişikliyinin təsirləri ilə mübarizə və Azərbaycana iqtisadiyyatın karbonsizləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin payının artırılmasına kömək etmək olacaq. Beləliklə, hansı sektorlarda işləməyimizdən asılı olmayaraq, bu, təkcə Azərbaycanda deyil, bütün Asiya-Sakit okean regionunda AİB üçün hərtərəfli gündəmdir. Ümumilikdə AİB bu proqrama 2030-cu ilə qədər 100 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti