...

Ceyhun Bayramovun Ararat Mirzoyanla görüş tarixi BİLİNDİ

Siyasət Materials 6 May 2024 11:03 (UTC +04:00)
Ceyhun Bayramovun Ararat Mirzoyanla görüş tarixi BİLİNDİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.

Qeyd edilib ki, görüş mayın 10-da Almatıda baş tutacaq.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti