...

"Xəzri" basketbol klubu sonuncu yarımfinalçı olub

İdman Materials 6 May 2024 04:57 (UTC +04:00)
"Xəzri" basketbol klubu sonuncu yarımfinalçı olub

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, sonuncu yarımfinalçı "Sərhədçi" və "Xəzri" arasındakı üçüncü matçda bəlli olub.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub. "Xəzri" basketbolçuları bu dəfə ciddi çətinlik çəkməyiblər. İlk 2 periodda böyük üstünlük qazanan Murat Dikmenin yetirmələri sonda 21 xallıq fərqlə qalib gəliblər.

Qeyd edək ki, "Xəzri" yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq. Digər cütdə isə “Xırdalan”la “Sabah” üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti