...

ABŞ səfiri Füzulidə (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 6 May 2024 17:13 (UTC +04:00)
ABŞ səfiri Füzulidə (FOTO/VİDEO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Füzuliyə gedib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Füzulidə dağıntıların miqyasını, eyni zamanda, yenidənqurma işlərini görəndə çox təsirləndik.

Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib.

Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik”, - məlumatda bildirilib.

xxx

15:20

ABŞ səfiri Mark Libbi Füzuliyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəm", - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Şuşaya səfər edib. Bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti