Bakı. Trend:
Almaniya məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırır.
Trend xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Almaniya Sosial-Demokrat Partiyasının (SDPG) resurslarına kiberhücumla bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlardan sonra məsləhətləşmələr üçün geri çağırılır.
Almaniyanın xarici siyasət idarəsindən bildirilib ki, səfir bir həftə sonra Moskvaya qayıdacaq.