...

Hakimlərimiz beynəlxalq kateqoriya aldı

İdman Materials 6 May 2024 19:27 (UTC +04:00)
Hakimlərimiz beynəlxalq kateqoriya aldı

Bakı. Trend:

Güləş üzrə Azərbaycan hakimləri növbəti uğura imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rumıniyada keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.

Xəbər lenti

Xəbər lenti