...

AİB Azərbaycanla günəş enerjisi ilə bağlı investisiya imkanlarını müzakirə edir - Yevgeni Jukov

İqtisadiyyat Materials 6 May 2024 07:40 (UTC +04:00)
AİB Azərbaycanla günəş enerjisi ilə bağlı investisiya imkanlarını müzakirə edir - Yevgeni Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, eləcə də özəl sektorla günəş enerjisi layihələrinə gələcək investisiya imkanlarını müzakirə edir.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illik toplantısı çərçivəsində bildirib.

"Ümid edirəm ki, bu ilin sonrakı vaxtlarında bu məsələ ilə bağlı daha konkret açıqlamalar verəcəyik. Amma ümumilikdə, biz ölkə ilə dəniz külək enerjisi layihələrinə sərmayə qoymaq imkanlarını müzakirə edirik. Bundan əlavə, biz üzən günəş elektrik stansiyası layihəsini sınaqdan keçiririk. Bizim 100 kVt gücündə kiçik bir layihəmiz var, hazırda Bakıdakı göllərdən birində həyata keçirilir. Gəlin görək, işləyirmi, daha çox işləyə bilərikmi?" - deyə o bildirib.

Y.Jukov qeyd edib ki, AİB Azərbaycanın iqlim dəyişikliyi gündəliyinə ciddi yanaşdığını dünyaya nümayiş etdirmək üçün ölkəyə daha çox yaşıl enerji layihələrinin hazırlanmasına və həyata keçirilməsinə kömək edir:

"İki il əvvəl AİB Qafqazda ən böyük günəş elektrik stansiyasına sərmayə qoyub. Bu, "Masdar" şirkətinin Ələtdəki 230 meqavatlıq elektrik stansiyasıdır, mənim də baş çəkmək şansım oldu. Bu, çox müasir elektrik stansiyasıdır və hökumətin 2030-cu ilədək “strategiya 30”u həyata keçirmək istəyini yerinə yetirmək üçün bir addımdır, və bu o deməkdir ki, bu ilə qədər ölkə bütün enerjinin 30 faizini bərpa olunan mənbələrdən istehsal edə bilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti