...

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat Materials 6 May 2024 10:31 (UTC +04:00)
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mayın 24-də energetika naziri Pərviz Şahbazov Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, H.Əliyev pr. 213A) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı:

[email protected]), Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti