...

Yığmamızın 2 futbolçusu “Qalatasaray”la Türkiyə çempionu olub

İdman Materials 6 May 2024 12:21 (UTC +04:00)
Yığmamızın 2 futbolçusu “Qalatasaray”la Türkiyə çempionu olub

Bakı. Trend:

Qadınlardan ibarət Azərbaycan millisinin iki futbolçusu Türkiyə çempionu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kristina Bakarandze və Nazlıcan Parlakın çıxış etdiyi "Qalatasaray" Türkiyə Super Liqasının qalibi adını qazanıb.

2023/24 mövsümünün çempionu son turda müəyyənləşib. “ALG Spor”a 2:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” 71 xalla 1-ci yeri tutub.

Qeyd edək ki, “Trabzonspor” 69 xalla ikinci, “Fənərbaxça” 66 xalla üçüncü olub.

Xəbər lenti

Xəbər lenti