Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, XXXIII turun ikinci gününə Tovuzda start verilib.
Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Zirə” “Turan Tovuz”un qonağı olub. Rəşad Sadıqovun yetirmələri səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Tovuz klubu ardıcıl 3-cü oyunda uduzub.
Günə Bakıda yekun vurulub. Mükafatlara iddialı “Sabah” “Araz-Naxçıvan”ı məğlub edib. Oyunun taleyini həll edən yeganə qol 1-ci dəqiqədə vurulub. Ayaz Quliyev qələbə topunun müəllifi olub.
Qeyd edək ki, turun son matçı sabah keçiriləcək. “Səbail” “Qəbələ”ni qəbul edəcək.