...

Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edildi (FOTO)

Cəmiyyət Materials 6 May 2024 12:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edildi (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib.

Bu barədə məlumatı Trend-ə Dövlət Gömrük Komitəsindən təsdiq ediblər.

Bildirilib ki, müşavir vəsifəsinə Şamo Mürşüdov təyinat alıb.

Qeyd edək ki, Ş.Mürşüdov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan resursları departamentinin müdiri vəzifəsində çalışıb.

Bununla da DGK sədrinin müşavirlərinin sayı 3-ə çatıb. Şamo Mürşüdovdan başqa, Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müşavirləri Məmmədov Əsgər Nurməmməd oğlu və Bayramov Anar Fazil oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti